
2-4 noyabr tarixlərində 3-cü Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisi keçirilib. Diamed Medical Group Azərbaycanda tibb və səhiyyə sahələrini əhatə edən yeganə və ən mühüm tədbir, eləcə də istehsalçılar, distribyutorlar və sahə mütəxəssisləri üçün görüş yeri olan Medinex 2023-də iştirak edib.
Sərgi iştirakçıları öz məhsul və xidmətlərini təqdim etmək, potensial alıcılar və tərəfdaşlarla işgüzar əlaqələr qurmaq, sənayenin ən son tendensiyaları ilə tanış olmaq üçün unikal imkan əldə ediblər.
Sərgidə həm yerli, həm də xarici qonaqlara ilk şpris istehsalçısı, ilk IV Fluids istehsalçısı və ölkəmizdə ilk özəl Xəstəxana olan Diamed Medical Group şirkəti və yeni buraxılan məhsullarımız haqqında ətraflı məlumat verilmişdir.