Pirallahı, İlqar Məcidov 28E
Tel: (+99412) 459 48 48
Email: info[@]diamedpharma.az

Zavod haqqında

Ana səhifəZavod haqqında

“Diamed Development Group” MMC tərəfindən açılan dərman istehsalı zavodu Azərbaycanda və Cənubi Qafqazda ilk dərman istehsalı zavodudur.  Ölkə Prezidenti cənab İlham Əliyevin də iştirakı ilə zavod 15 avqust, 2023-cü il tarixdə rəsmi olaraq işə başlamışdır. Zavodun açılmasında əsas məqsəd həyati və zəruri dərman vasitələri istehsal edərək əczaçılıq sənayesini inkişaf etdirmək, əhalinin tələbatını qarşılamaq və ölkə ehtiyatı yaratmaq, dərman idxalından asılılığı azaltmaq, həmçinin iş yerlərinin sayını artırmaq olmuşdur.
İtaliya, ABŞ və İsrail istehsalı olan avadanlıqlarla təchiz edilmiş zavod GMP standartlarına tam uyğundur, beləki, istehsal xətləri ISO 14644-4, ISO 9001 standartlarının tələblərinə cavab verir. Zavod tamamilə təhlükəsiz, yüksək səviyyəli məhsullar istehsal edir. Flakonlar dünyanın ən böyük polipropilen istehsalçısı olan INEOS markalı tibbi dərəcəli Polipropilendən hazırlanır. Tam avtomatlaşdırılmış zavoda su hazırlama, dərman hazırlama, üfürmə, doldurma və bağlama (BFS), sterilizasiya və qablaşdırma sahələrindən ibarət istehsal xətti daxildir.
Hazırda “Made in Azerbaijan” şüarı ilə 5 müxtəlif ölçüdə – 100ml, 200ml, 250ml, 400ml, 500ml olmaqla venadaxili infuziya məhlulları (NaCl 0,9%, Ringer, Ringer Lactate, Qlükoza 5%, Qlükoza 10%) istehsal olunur. İstehsal olunan dərman vasitələrinin sterilliyi və keyfiyyəti mütəmadi olaraq müasir texnologiya ilə təchiz edilmiş müəssisədaxili keyfiyyətə nəzarət laboratoriyalarında yoxlanılır.
Zavodun illik istehsal gücü 20 milyon litr, ölkənin illik tələbi isə 15 milyon litr təşkil edir. Şirkət həmçinin öz məhsullarını Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac edəcəkdir. Yaxın gələcəkdə daha geniş çeşiddə dərman preparatlarının istehsalı planlaşdırılır.
“Diamed” dərman preparatları istehsal edən zavodda hazırda 100 nəfər çalışır.

Dərman İstehsalı Zavodu /  Medicine Manufacturing Plant

Diamed Development Group Azərbaycanda və Cənubi Qafqazda ilk dərman istehsal edən zavoddur. Zavodun illik istehsal gücü 20 milyon litrdir. Missiyamız həyati və zəruri dərman mayeləri istehsal edən əczaçılıq sənayesini inkişaf etdirmək, iş yerlərini artırmaqdır. Bizim məqsədimiz əhalinin tələbatını ödəmək və ehtiyat yaratmaq, dərman idxalından asılılığı azaltmaqdır.

Ünvanımız

    Copyright © "Diamed Development Group" LLC. 2024